Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA
Tarix: 29-11-2020, 22:35
Baxılıb: 1 370
Google+ Paylaş
Tumblr Paylaş

Əskərin meyitini 50 manat aldıqdan sonra valideyninə veriblər-SABUNÇUDA

29-11-2020, 22:35

Sentyabrın 27-də cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verərək Qarabağ uğrunda başladığımız haqq savaşında rəşadətli Azərbaycan Ordusu qısa bir zamanda tarixi Qələbə qazandı.
44 gün davam edən Vətən müharibəsində qəhrəman oğullarımız düşmənə sarsıdıcı zərbələrə endirərək, onları 27 ildir işğal etdikləri torpaqlarımızdan əbədi qovdular. Bu gün Qələbə sevincini bizlərə yaşadan qazilərimiz izdihamla qarşılanaraq doğulduqları el-obaya qayıdırlar.
Amma vətən yolunda canını fəda edən igidlərimiz də çoxdur. Hətta  səhhətində  problemi olan əskərlər də olub ki, birbaşa cəbhə bölgəsinə yollanıblar.
reportyor.org bildirir ki, həmin əskərlərdən bir də 1993-cü il təvəllüdlü Əliyev İlkin Yaşar oğludur.  Müharibə başlayandan 3 gün sonra könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə gedib.
Postda olanda yaxınlıqda düşən mərmidən və partlayışdan  sonra şəkəri yüksəlib. Anası Nərminə Əliyeva deyir ki, yalnız halı pisləşəndən sonra zabitləri bilib ki, İlkin şəkərli diabet xəstəsidir.
Koma vəziyyətində onu Gəncəyə, sonra Kür qəsəbəsinə gətirirlər.
Sonra müalicəsi “Neftçilər” xətəxanasında  davam etdirilir. Komadan çıxır. Hərbi hospitala gətirilir və bir daha cəbhəyə can atsa da “yararsız” diaqnozu qoyulur.
İlkin bundan bərk əsəb keçirir. Ayağa qalxan kimi cəbhəyə gedəcəyini deyir.
Lakin səhhəti imkan vermir. Son dəfə halı pisləşəndə onu Sabunçudakı 3 saylı xəstəxanaya aparırlar.
Nərminə xanım da, İlkinin atası Yaşar Əliyev də narazılıq edirlər ki. Burada həkimlər xəstə qazi ilə maraqlanmırlar. Yaxşı baxmırlar:”Soyundurub uzatmışdılar, soyuqdan uşaq göyərmişdi.”
Həkimə 5 telefon nömrəsi verirlər ki, komendant saatına görə evə gedirlər. İlkinin halında dəyişiklik olsa xəbər versinlər.
21 noyabrda səhər tezdən  Nərminə Əliyeva xəstəxanaya gedəndə ona deyirlər ki, İlkin keçinib.
Qazinin meyitini 50 manat aldıqdan sonra valideyninə verirlər.
Hazırda Şixlinski küşəsi 13, mənzil 95-də yaşayan ailə həm həkimlərin cəzalanmasını istəyir. Həm də İlkinin şəhidlik startusu ilə bağlı narahat olduqlarını deyirlər.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
/Kaim.az/
reportyor.org olaraq Şəhidin valideyinləri ilə əlaqə saxladıqda bildirildi ki, Sabunçu rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlasaqda sizin uşağınıza şəhidlik statusu düşmür, aparın özünüz dəfin edin. Və onu da qeyd edirlər ki, ikinci vətən müharibəsində komaya düşərək sonradan xəstəxanada vəfat edən İlkin Əliyevin Şəhidlik statusunun verilməməsi onun ailəsi və qohum-əqrabası arasından böyük narazılığa səbəb olub. Uşaqlarına Şəhidlik statusunun verilməsi üçün ölkə Prezidentindən xahiş edən ailə, övladları mərhum Əliyev İlkin Yaşar oğlunun Şəhidlik haqqının verilməsini gözləyirlər


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ