Koronavirusun ölümcül simptomları barədə XƏBƏRDARLIQ
Tarix: 25-11-2020, 13:34
Baxılıb: 957
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirusun ölümcül simptomları barədə XƏBƏRDARLIQ

25-11-2020, 13:34

Allerqoloq-immunoloq Vladimir Bolibok koronavirusun ölümcül simptomlarını açıqlayıb.
Publika.az “lenta.ru”ya istinadən xəbər verir ki, mütəxəssis belə simptomların arasında dodaqların ətrafının göyərməsini, sakit vəziyyətdə nəfəs tezliyinin böyüməsini qeyd edib. Bunlar tənəffüs çatışmazlığının inkişafını göstərə bilər, lakin təngənəfəslik COVID-19-un spesifik simptomu hesab edilə bilməz. İybilmə duyğusunun pozulması isə infeksiyanın ümumi simptomu olaraq təyin edilib.
“Gecikdirmək olmaz, çünki ağır simptomlar kifayət qədər sürətlə inkişaf edir. Bu gün yaxşı olan xəstə sabah reanimasiyaya yerləşdirilə bilər”, - ekspert bildirib.
Mütəxəssis koronavirusu özbaşına müalicə edə bilməyəcəyimizi də qeyd edib. Çünki xəstəliyin gedişi insanlarda fərqlənə bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ