loading...

Arvadına xəyanət edən kişinin meyiti tapıld

Arvadına xəyanət edən kişinin meyiti tapıldQusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.

Bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.

Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərək dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.

Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir. Hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildirdilər ki, onlar dəm qazından boğulublar.

Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı, elə ola bilməzdi".

Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər