loading...

Erməni təxribatının qarşısı alındı, düşmən çoxlu sayda itki verdi

Erməni təxribatının qarşısı alındı, düşmən çoxlu sayda itki verdiCəbhədə düşmənin kəşfiyyat-təxribat qruplarının basqın cəhdlərinin qarşısı alınıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 12-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstəriblər.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər