“Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi FOTOLAR
Tarix: 21-11-2020, 12:32
Baxılıb: 995
Google+ Paylaş
Tumblr Paylaş

“Yelo Bank” ön cəbhədə olan əsgərimizi məhkəməyə verdi FOTOLAR

21-11-2020, 12:32

“Yelo Bank” ön cəbhədə döyüşən əsgərimiz Ayaz Məmmədlini məhkəməyə verib.
Bu barədə “BakuPost”a əsgərin qardaşı Heydər Məmmədli məlumat verib.
Onun sözlərinə görə, dəfələrlə banka məlumat verilsə də, onlar iddiasından əl çəkməyib.
“Bildiyimiz kimi hal hazırda bir çox oğullarımız torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəmiz səbəbilə hələ də işğaldan azad olunmuş torpaqlarımızdadır. Vətən Müharibəsi müddətində ölkəmizdəki bir çox hökumət və qeyri-hökumət təşkilatlarının əsgər və şəhid ailələrinə göstərdikləri xüsusi diqqət və qayğı, millətimizin əsgərlərimizə olan sonsuz hörməti xalqımızın həmrəyliyinin göstəricisidir. Lakin təəssüf hissi ilə söyləməliyəm ki, bu həmrəyliyə sadiq olmayan, vətən keşiyində dayanan mübariz oğulların əzminin fərqində olmadan davranan qurumlar da mövcuddur. Qardaşım Ayaz Məmmədli 27 sentyabr tarixindən ön cəbhədədir. Vətənin keşiyində duran bu əsgərimiz YELO BANK tərəfindən kreditin gecikdirilməsilə bağlı məhkəməyə verilib. Getdiyi gündən bəri sadəcə 2 dəfə yaxınları ilə danışmaq şansı tapan Ayazın cəbhə bölgəsində olduğu bankın məsul şəxslərinə bildirilib.
Buna baxmayaraq, əsgərimiz 2 ay kredit borcunu gecikdirdiyi üçün məhkəməyə verilib”.
Məsələylə bağlı “Yelo Bank”dan “BakuPost”a ümumi bir cavab verilib. Bildirilib ki, həmin şəxs səfərbərlikdən geri qayıtdıqdan sonra Hərbi Prokurorluqdan, yaxud Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətindən tədqim etdiyi arayış əsasında yalnız 27 sentyabrdan geri qayıtdığı günədək olan faizləri, gecikmələri silinə bilər.
Qeyd edək ki, bank Ucar Məhkəməsinə müraciət edib. Hakim Hilal Xəlilovun icrasına verilən işə sabah 19 noyabr, saat 14:00-da baxılacaq.
  
 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ