Azərbaycan Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağın azadlığı uğrunda aparılan əks-hücum əməliyyatları nəticəsində məhv edilən ermənilərin daha bir siyahısı yayımlanıb.
Publika.az xəbər verir ki, siyahıda 81 ad yer alıb.
Onlardan ən gənci 2002-ci il təvəllüdlü, ən yaşlısı isə 1953-cü il təvəllüdlüdür.
Qeyd edək ki, Ermənistan səhiyyə nazirliyi bu günədək 2300 döyüşçünün şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlayıb. Döyüş meydanında məhv edilmiş yüzlərlə erməni döyüşçünün qaldığı, həmçinin yüzlərlə döyüşçünün itkin düşdüyü bildirilir.