Pompeo Çavuşoğlunun dəvətini RƏDD ETDİ
Tarix: 16-11-2020, 10:43
Baxılıb: 760
Google+ Paylaş
Tumblr Paylaş

Pompeo Çavuşoğlunun dəvətini RƏDD ETDİ

16-11-2020, 10:43

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonu Ankaraya dəvət edib.
Publika.az xəbər verir ki, növbəti günlərdə böyük dünya səfərinə çıxacaq Pompeo bu təklifi qəbul etməyib.
"Blumberq"in türk mənbələrinə istinadən yaydığı xəbərə görə, Pompeo Çavuşoğlunu İstanbula çağırıb.
Qeyd edək ki, M.Pompeo Fransa, Türkiyə, Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb. Türk nazir bu təklifdən çox narahat olub.
Pompeonun Türkiyə səfərinin detalları aydınlaşdırıldıqdan sonra məlum olub ki, o, İstanbula rəsmi səfərə gəlmir, Yunan Ortodoks patriarxı Bartolomeosla görüşmək üçün gəlir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ