Türkiyə diasporunun nümayəndələri Gəncədədir - FOTO
Tarix: 4-11-2020, 13:35
Baxılıb: 498
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə diasporunun nümayəndələri Gəncədədir - FOTO

4-11-2020, 13:35

“Ermənilərin Gəncə və digər şəhər və rayonlarda sivil, günahsız insanları hədəfə almasının heç bir müdafiə ediləcək tərəfi yoxdur və dünya birliyi yaşanan faciələrə öz mövqeyini bildirməlidir.

Publika.az xəbər verir ki, bu fikirləri Gəncə şəhərində səfərdə olan Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib.

O qeyd edib ki, müharibə başlayandan bu günədək Azərbaycan döyüş meydanında mərd şəkildə, bütün müharibə qanunlarına hörmət edərək öz haqlı davasını aparır, torpaqlarını işğaldan azad edir: “Ermənistan tərəfi isə bütün dünyanın gözü qarşısında terror hadisələri törətməklə dinc insanları qətlə yetirir. Təəssüf ki, dünyada özünü demokrat sayan, insan haqlarından danışan ölkələr, beynəlxalq təşkilatlar Azərbaycanda yaşanan faciələrə səslərini çıxarmadılar. Hətta bəzi media orqanları Gəncə, Bərdə və digər şəhər və rayonlarda günahsız insanların öldürülməsini xəbər kimi belə vermədi. Bənzər hadisə ermənilərin başına gəlmiş olsa idi, inanın bütün dünya bu hadisələri aylarla tirajlayardı. Göründüyü kimi ikili standartlar var və bu ikili standartlar aradan qaldırılmalıdır” .


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ