loading...

Manatın məzənnəsi normal axarına qədəm qoyub?

Manatın məzənnəsi normal axarına qədəm qoyub?Son günlər dünya bazarında neftin qiymətinin artması ilə yanaşı, manatın da dollara nisbətdə bahalaşmasının şahidi oluruq. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsinə görə, hazırda 1 dolların qiyməti 1,5972 AZN təşkil edir.

Qeyd edək ki, ikinci devalvasiyadan sonra yaranan ajiotaj zamanı valyutadəyişmə məntəqələrinin önündə insan axını müşahidə olunurdu. Həmin zamanlar ekspertlər bildirirdirlər ki, insanlarda dollara olan kəskin tələbat da manatın ucuzlaşmasına səbəb olan amillərdəndir.

Nəticə olaraq bu ajiotaj uzun sürdüyü üçün rəsmi qərarla ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyəti tamamilə dayandırıldı. Ölkədə dollar satışını isə yalnız banklar həyata keçirməyə başladılar.

Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirib ki, valyutadəyişmə məntəqələrinin bağlanılması iqtisadi mexanizim deyil: “Bu, bir növ inzibati qaydada manatın məzənnəsinin daha da aşağı düşməsinin qarşısını almağa hesablanıb. Ancaq bu, iqtisadi mexanizm deyil, inzibati yoldur. Bu gün xarici valyutanın banklar vasitəsi ilə alış-satışı həyata keçirilir. Şənbə və bazar günləri isə bankların işləməməsi, əhalidə də müəyyən narahatçılıq doğurur. Eyni zamanda müəyyən dərəcədə “qara bazar”ın da yaranması üçün şərait olur. Son günlər Mərkəzi Bankın rəsmi məzənnəni çox cüzi olsa da, aşağı salması, müəyyən dərəcədə vəziyyətin stabil olduğunu sərgiləyən addımdır. Bu, psixoloji nöqteyi-nəzərindən doğru qərardır. Çünki əhalidəki ajiotajı sakitləşdirmək lazım idi. Lakin hazırda yenə də problemlər var. İnsanların banklardan 300 dollardan yuxarı vəsait almasında problemlər yaranır. Bir çox hallarda isə banklar dollar alsalar da, satmaqdan imtina edirlər. Bu isə onu göstərir ki, manat öz normal axarına qədəm qoymayıb. Təəssüf ki, manatın məzənnəsinin normal şəkildə bazar qaydalarına uyğun tənzimlənməsi üçün lazımı alətlər çox azdır”.

Ekspert bildirib ki, valyuta sata biləcək qurumların sayı çox azdır: “Mərkəzi Bank və Neft Fondundan başqa demək olar ki, valyuta çıxarıb, satan təşkilatlar yoxdur. Bu da banklararası valyuta birjasının olmamasına səbəb olur. Misal üçün, qonşu Rusiya da bizə çox bənzər iqtisadi modelə malikdir. Lakin buna baxmayaraq, orada hər gün 10 minə yaxın şirkət bazarda valyuta alqı-satqısını həyata keçirir. Azərbaycanda belə bir mexanizm olmadığı üçün ancaq inzibati qaydada manatın məzənnəsini saxlamağa müvafiq olurlar. Düşünürəm ki, bir müddət sonra bu inzibati qaydada tənzimləmə də problemlər yaradacaq. Çünki ölkədə idxaldan asılılıq var. Xaricdən mal gətirməyə çalışan iş adamları isə artıq çətinliklərlə üzləşirlər. Bu baxımdan, hesab edirəm ki, bir müddət sonra ölkədə müəyyən malların qıtlığı da yarana bilər”.
Manatın məzənnəsi normal axarına qədəm qoyub?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər