Ərdoğan: “İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”
Tarix: 2-10-2020, 17:05
Baxılıb: 547
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan: “İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”

2-10-2020, 17:05

“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”.

reportyor.org-nin xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.

“Bütün imkanlarımızla, qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan azad edilənə qədər bu mübarizə davam edəcək”, - deyə Ərdoğan qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ