loading...

Taliblər Qəndəhar aeroportuna hücum ediblər

Taliblər Qəndəhar aeroportuna hücum ediblərƏfqanıstanda “Taliban” hərəkatının silahlıları Qəndəhar hava limanına hücum ediblər. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə yerli rəsmi qurumların məlumatında bildirilir.

“Bir dəstə silahlı yaxınlıqdakı məktəbdə mövqe quraraq aeroportu intensiv atəşə tutub”, deyə yerli hakimiyyət nümayəndəsi Səlim Hapalvak bildirib.

Məlumata görə, polis terrorçulara cavab atəşi açıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

“Taliban” nümayəndəsi Kari Yusuf Əhmədi bir neçə silahlının aeroportun ərazisinə daxil olduğunu və təhlükəsizlik qüvvələri ilə döyüşdüyünü bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər