Daha bir COVID-19 peyvəndinin kütləvi istehsalına başlandı
Tarix: 7-09-2020, 17:41
Baxılıb: 841
Google+ Paylaş
Tumblr Paylaş

Daha bir COVID-19 peyvəndinin kütləvi istehsalına başlandı

7-09-2020, 17:41

İngiltərənin “AstraZeneca” dərman şirkəti Oksford Universiteti ilə birlikdə hazırlanan COVID-19 peyvəndinin istehsalına başlayıb.
Publika.az xəbər verir ki, “AZD-1222” adlı peyvənddən hökumətin tələbi ilə 30 milyon ədəd hazırlanacaq.
Qeyd edək ki, peyvəndin kliniki sınaqları ABŞ, Braziliya, Cənubi Afrika və İngiltərədə aparılır. 30 min könüllünün qatıldığı sınaqlara rəğmən, peyvənd hələ də kütləvi istehlak üçün təsdiq edilməyib.
Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard peyvəndin etibarlılığı və təhlükəsizliyinə dair kifayət qədər araşdırma bilgisi olduğunu açıqlayıb.
“AZD-1222” peyvəndinin hazırlanmasında şimpanzelərdəki adenovirus mənbə götürülüb. Bu adenovirusun genetik kodu dəyişdirilərək inyeksiya edilir.
İngiltərənin Səhiyyə naziri Matt Hankok peyvəndin gələn ilin ilk aylarında kütləvi istifadəyə verilə biləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya “Sputnik V” peyvəndinin kütləvi istehsalına başlamışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ