Ekstrasensdən ŞOK PROQNOZ: “Koronavirusdan daha təhlükəli olacaq”
Tarix: 7-09-2020, 16:33
Baxılıb: 3 007
Google+ Paylaş
Tumblr Paylaş

Ekstrasensdən ŞOK PROQNOZ: “Koronavirusdan daha təhlükəli olacaq”

7-09-2020, 16:33

“Ekstrasenslərin döyüşü” proqramının ulduzu Kacetta Əhmədcanova tezliklə bəşəriyyətin koronavirus pandemiyasından daha təhlükəli xəstəliklə qarşılaşacağını söyləyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, tezliklə yer üzünə yeni bədbəxtlik gələcəyini deyib.
“Dünyanın önümüzdəki illərdə qarşılaşacağı yeni xəstəlik COVID-19-dan daha pis olacaq. Ölümcül virus meningitə bənzəyəcək. Simptomlar dəhşətlidir: bədənin qırx dərəcəyə qədər kəskin hərarəti, qusma, şiddətli baş ağrısı. Yüzlərlə xəstə görürəm! Və vəziyyət hər gün daha da pisləşəcək. Bütün dünya itki içində olacaq!
Xəstəlik çox insanın həyatını ala bilər. Sağalanların isə beyin damarlarında müəyyən fəsadlar yarana bilər. Bir çoxu iş qabiliyyətini itirəcək və psixoloji baxımdan anormal olacaq”, - deyə öngörücü qeyd edib.
Televiziya şousunun ulduzu iddia edir ki, yeni xəstəlik Asiya ölkələrinin, eləcə də isti və rütubətli iqlimi olan ölkələrin sakinlərinə təsir edəcək.
Yeri gəlmişkən, o, koronavirus pandemiyasından da danışıb. Kazettaya görə, xəstəliyin ikinci dalğasından qorxmağa ehtiyac yoxdur:
“Sizi bir az arxayınlaşdıra bilərəm: İkinci dalğa daha sakit olacaq. Əlbəttə ki, ölkəmizdə məhdudiyyətlər tətbiq ediləcək, amma baharda olduğu kimi genişmiqyaslı deyil. Fabriklərin, ticarət mərkəzlərinin və digər qurumların ümumi bağlanmasını görmürəm. İnsanlar işləyəcək, amma maska və əlcək taxmaq əsas şərt olacaq. Baxmayaraq ki, bu müddət də o qədər uzun sürməyəcək. Mağazalar həmişəki kimi işlərinə davam edəcəklər. Kiçik biznes sahibləri əziyyət çəkəcək və ikinci dalğadan sağ çıxmayacaq. İşsizlik daha da artacaq. Ancaq qış mövsümünün əvvəlinə qədər vəziyyət sabitləşməyə başlayacaq, insanlar yeni iş tapacaqlar”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ