loading...

İsmayıllıda sauna yandı

İsmayıllıda sauna yandıİsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə İsmayıllı-Qəbələ avtomobil yolunun kənarındakı “Orman” ailəvi istirahət mərkəzində qeydə alınıb. İsmayıllı sakini 1977-ci il təvəllüdlü Rəhmanov Elman Akif oğluna məxsus istirahət mərkəzinin saunasında baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ümumi sahəsi 20 kv.m olan taxtadan hazırlanmış sauna yanaraq yararsız hala düşüb. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının saunadakı odun sobasının tüstü borusunun düzgün quraşdırılmaması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər