loading...

Xeyli qanunsuz siqaret aşkar edilib

Xeyli qanunsuz siqaret aşkar edilibTovuz Gömrük İdarəsinin əməkdaşları 4 min qutudan artıq siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin və realizə olunmasının qarşısını alıblar. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Babək Kəlayevin idarə etdiyi “Opel Astra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 2130 qutu siqaret aşkar edilib.

B.Kəlayev aşkar edilən siqaretlərin Qazax rayon sakini Aynurə İbrahimxəlilovaya məxsus olduğunu bildirib. Araşdırma zamanı məlum olub ki, A.İbrahimxəlilova həmin siqaretləri satmaq məqsədilə Gürcüstan Respublikasından ölkəmizə gələn şəxslərdən alaraq toplayıb.

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan digər əməliyyat məlumatı əsasında isə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Oruc Sanıyevin idarə etdiyi “Volkswagen Passat”markalı avtomobilə baxış zamanı həmin maşının yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilmiş gizli saxlanc yerindən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan müxtəlif markalı 1950 qutu siqaret aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər