Məşhur milyarder vəfat etdi
Tarix: 13-08-2020, 01:46
Baxılıb: 927
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur milyarder vəfat etdi

13-08-2020, 01:46

Amerikalı biznesmen, “ViacomCBS” media korporasiyasının fəxri sədri Samner Redstoun 97 yaşında vəfat edib.
Dünyanın ən qocaman milyarderlərindən birinin ölümü barədə onun ailəsi tərəfindən yaradılmış “National Amusements” şirkəti və yaxınları tərəfindən bildirilib.
Qeyd edək ki, “National Amusements” şirkəti 1936-cı ildə milyarderin atası - Maykl Redstoun tərəfindən təsis edilib. Daha sonra sədr vəzifəsini onun oğlu Samner tutub. 2012-ci ildə “CNBC”yə verdiyi müsahibədə o, “Viacom”un alınmasını biznesdə əsas nailiyyət adlandırıb.
Redstoun 1987-2016-cı illərdə “ViacomCBS”in sədri, 1996-2005-ci illərdə isə şirkətin baş direktoru olub. 2019-cu ilin noyabr ayında onun var-dövləti 3,9 milyard dollar məbləğində qiymətləndirilirdi.
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ