Bakıda 1 milyonluq oğurluq
Tarix: 5-08-2020, 12:15
Baxılıb: 1 068
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 1 milyonluq oğurluq

5-08-2020, 12:15

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan bir milyon manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı Bakı şəhər sakini T.Rəhimli təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılmış tədbirlərlə onun qızıl-zinət əşyalarını 75 min ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.
Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ