loading...

Səhiyyə Nazirliyi: “İrsi qan xəstəliklərindən ölənlərin sayı xeyli azalıb”

Səhiyyə Nazirliyi: “İrsi qan xəstəliklərindən ölənlərin sayı xeyli azalıb”“Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı tərəfindən xaricdən talassemiya üzrə mütəxəssis dəvət edilib və onlar Respublika Talassemiya Mərkəzidə tədbir keçirtmək istəyiblər. Bildiririk ki, onlar tədbiri Səhiyyə Nazirliyi ilə razılaşdırılmamış şəkildə keçirməyə cəhd ediblər və bunun qarşısı alınıb”. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Onlara tədbirin keçirilməsi üçün başqa məkan təklif olunsa da, onlar bununla razılaşmayıblar”, - deyə məlumatda qeyd olunub.

Nazirlikdən onu da bildiriblər ki, bəzi mətbuat orqanlarında Mərkəzdə xəstələrin sağlamlığı üçün kifayət qədər şəraitin yaradılmaması və ölüm hallarının artması ilə bağlı deyilən fikirlərin heç biri əsası yoxdur: “Respublika Talassemiya Mərkəzində xəstələrin müalicəsi üçün yüksək şərait yaradılıb”.

O da qeyd olunub ki, Azərbaycanda irsi qan xəstəliklərindən ölənlərin sayı xeyli azalıb.

Qeyd edək ki, dünən bir qrup şəxs Respublika Talassemiya Mərkəzinin qarşısında aksiya keçirtməyə cəhd edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər