Vaqif Həsənov Ağdamın şöhrətini özünə qaytardı
Tarix: 3-07-2020, 16:21
Baxılıb: 1 361
Google+ Paylaş
Tumblr Paylaş

Vaqif Həsənov Ağdamın şöhrətini özünə qaytardı

3-07-2020, 16:21

Qarabağın,bütöv Azərbaycanın şanlı-şöhrətli,çörəkli,bərəkətli diyarlarından olan Ağdam ellərimizin,obalarımızın qeyrət,damarı oğul payıdır.Bütün dövrlərdə ermənilərin qorxulu yuxusu olmuş əzəmətli,möhtəşəm Ağdam rayonu erməni dəyirmanına su tökənlərin, milli düşmənlərimizin,qısamüddətli,başıpozuq,xain  vəzirov,mütəllibov,elçibəy hakimiyyətləri dönəmində məhz birbaşa milli xainlərimizin iyrənc yardımları ilə ermənilər tərəfindən işğal olunaraq qeyrətli.ləyaqətli,təpərli Ağdam əhalisidə qaçqın düşərək olmazın əzablarını yaşadılar.Xalqımızın təkidli,israrlı,xahişlərindən,çağırışlarından sonra hakimiyyətə gələn,böyük dövlət adamı,usta siyasətçi, Ulu Öndərimiz,Umummilli Liderimiz mərhum Heydər Əliyevin çevik,uzaqgörən siyasətinin nəticəsi olaraq qanlı sel kimi axan erməni-rus ordusunun qarşısı qətiyyətlə alındı,müharibə alovları söndürülərək təhlükəli durumda olan digər rayonlarımız faktiki işğal qorxusundan xilas oldular.Ulu Öndərimiz,Umumilli Liderimiz mərhum Heydər Əliyev cənablarının layiqli davamçısı dünya şöhrətli Prezidentimiz,Ali Baş Komandanımız cənab İlham Əliyevin yeridiyi uğurlu,uzaqgörən daxili və xarici siyasətinin nəticəsində Azərbaycanımız bu gün qürurla deyə bilərik dünyanın,aparıcı,qüdrətli,lider,dövlətləri ilə eyni sırada qürurla,əzəmətlə dayanır.Azərbaycanımızın müstəqillik qazandığı illərdə Ağdam rayonunun işğal olunmamış kəndlərində sürətli,abadlıq.quruculuq işləri apalıraq infrastruktur demək olar ki,yenidən qurularaq dövlət büdcəsindən ayrılan güclü vəsaitlər hesabına əhalinin məşğulluğuda təmin edilərək işsizlik problemidə birmənalı olaraq həll edilmişdir.Yazar-jurnalist,baş redaktor,vətəndaş,ən əsası bir Ağdamlı olaraq təəssüflə qeyd etmək istəyirəm ki,yaşadığımız günlərədək ləyaqətli,təpərli,qeyrətli,zəhmətkeş,hər zaman Dövlət Başçısına,dövlətçiliyə sarsılmaz sədaqət hissləri ilə seçilənlərdən olan Ağdam əhalisinin icra başçısı sarıdan bəxtləri gətirməyib.Həsən Sarıyevin yarıtmaz,heç bir əndazəyə sığmayan iyrənc çirkin əməllərini,neqativə,korrupsiyaya,total rüşvət qurşanmasını adamdan sonra gələnlər Nizami Sadıqovla,Eldar Mahmudovun istəklisi daha qorxulusu Raqub Məmmədov demək olar ki,gündəlik həyat tərzlərinə normalarına çevirərək rayonda total demoqoqiya,ələbaxımlıq,digər müqqəddəs Ağdamlı adına yaraşmayan toxumlar səpməyə nail olsalarda sonda haqq-ədalət öz yerini tapdı,onlar layiq olmadıqları məsul vəzifədən alınaraq rayon əhalisinin haqlı qınağına tuş oldular.
Dövlət Başçısının böyük etimadı ilə Ağdama icra başçısı təyin edilən Vaqif Həsənov əsilli-köklü Ağdamlılardan olub uzun illər ərzində Bakı şəhərində məsul,mühüm vəzifələrdə işləyərək hər zaman Dövlət Başçısına,dövlətçiliyə,xalqımıza sarsılmaz sədaqət hissləri ilə,şərəflə xidmət edərək seçilənlərdən olaraq qürurlanıb.Ağdamın rəhbəri kimi  Vaqif Həsənovun ilk işi əhalinin içində olub ortaya çıxan problemlərin operativ şəkildə həll edilməsini təmin etməklə bir mənalı olaraq rayon əhalisinin yüksək etimadını qazanaraq vətəndaş məmnunluğunun təmin ediməsinə nail oldu.
Dövlət Başçısının,birinci Vitse-Prezidentin tapşırıqlarını,göstərişlərini,tövsiyyələrini daim rəhbər tutaraq Vaqif Həsənov rayonda sağlam mühitin formalaşmasını təmin edərək əsrin bəlasına,Kovid-19-a,pandemiyaya qarşı mübarizəyə qarşı dövlət siyasətinə  ciddi önəm verərək qabaqlayıcı,önləyici maarifləndirici tədbirlərə,davamlı dezinfeksiya,proflatik işlərinə şəxsən nəzarət edir.Bir sözlə,Ağdamın şöhrətini özünə qaytarmağı bacaran nər kişiyə,böyük Ağdamlıya,dəyərli,ləyaqətli ziyalıya Vaqif Həsənova şərəfli,məsul vəzifəsində yeni-yeni uğurlar,nailiyyətlər,vətənimiz,xalqımız,dövlətimiz naminə başarılar diləyirik! (İdeologiya.az) Teylor Fətişoğlu
reportyor.org


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ