loading...

İsmayıllıda "Mersedes" aşdı: 1 ölü, 3 yaralı

İsmayıllıda "Mersedes" aşdı: 1 ölü, 3 yaralıMuğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 17:00 radələrində Girdiman çayı yaxınlığında qeydə alınıb.

Qəbələ rayon sakininə məxsus 99-DH-036 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qəbələ rayon sakinləri: 1950-ci il təvəllüdlü Cəbrayılov Habil Məmməd oğlu, 1989-cu il təvəllüdlü Talıbov Elmar Atabala oğlu və 1985-ci il təvəllüdlü Muradov Tural Ağamurad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəbələ sakini 1974-cü il təvəllüdlü Niftəliyev Qəhrəman Dəyanət oğlu aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər