İsmayıllıda intihar hadisəsi baş verib.
reportyor.org xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Elşad Səfəralı oğlu İsmayılov yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Qeyd edək ki, E.İsmayılov ailəlidir, 3 övladı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. / "Qafqazinfo"