Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ
Tarix: 2-07-2020, 20:43
Baxılıb: 1 324
Google+ Paylaş
Tumblr Paylaş

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ

2-07-2020, 20:43

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.
Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilib ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ