loading...

Rusiyanın təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətində

Rusiyanın təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindəRusiyanın bütün təhlükəsizlik sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Lent.az-ın İnterfax-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Milli Antiterror Komitəsindən bildiriblər. Milli Antiterror Komitəsi Rusiya vətəndaşlarını beynəlxalq terror təşkilatlarının hədələri qarşısında məsuliyyətli və ayıq olmağa çağırıb. Komitə 14 noyabrda Parisdə baş verən terror zamanı həlak olanların ailələrinə başsağlığı verib: “Fransa paytaxtında baş verən cinayətin miqyası bir daha sübut etdi ki, terror təşkilatının adının nə olması və hansı millətə, hansı dini təriqətə aid olması prinsipial əhəmiyyət daşımır”.

Bir qədər əvvəl LifeNews telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər vermişdi ki, DİN strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib. Əmr post-patrul xidmətlərinə, sahə müvəkkillərinə göndərilib. Növbədə olan yol polisi əməkdaşlarına zirehli gödəkçələr geymək tapşırığı verilib. Bundan başqa, kütləvi tədbirlər keçirilən obyektlərin mühafizəsinin gücləndirilməsi də əmr olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər