Azərbaycanda koronavirusa yoluxanların sayı 16 mini keçib.
Publika.az xəbər verir ki, bu gün ölkədə daha 534 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 16 424-ə çatıb.
Onlardan 9026-sı sağalıb, aktiv xəstələrin sayı isə 7200-dür. Azərbaycanda indiyədək 198 nəfər Covid-19-un qurbanı olub.