Yol polisindən xəbərdarlıq - 100 manat cərimə ediləcəklər
Tarix: 24-06-2020, 23:45
Baxılıb: 3 265
Google+ Paylaş
Tumblr Paylaş

Yol polisindən xəbərdarlıq - 100 manat cərimə ediləcəklər

24-06-2020, 23:45

Yol polisindən xəbərdarlıq - 100 manat cərimə ediləcəklər

Bakı şəhər Dövlət Yol Polisi paytaxtda fəaliyyət göstərən taksi sürücülərinə müraciət edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələrin yaradılması vacibdir: "Sürücülərə bildiririk ki, istismar etdiyi nəqliyyat vasitəsində arakəsmələrin olması əsas şərtdir. Ən azından sərnişinləri daşıyarkən sürücü qoruyucu vasitələrin olmasına diqqət yetirməlidir.
Bunu tövsiyə edirik və bildiririk ki, şəffaf arakəsmə və qoruyucu vasitələrin olmaması karantin şərtlərinin pozulmasıdır və buna görə də şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə məsuliyyət daşıyır. Karantin qaydalarının pozulması 100 manat, qoruyucu vasitədən istifadə etməməyə görə isə 50 manat cərimə nəzərdə tutulur. Yol polisi sürücüləri buna görə məsuliyyətə cəlb edib cərimə yazmaq niyyətində deyil. Ona görə də profilaktik tədbirlərin keçirilməsinə üstünlük verməklə bir daha xatırladırıq ki, tələbləri yerinə yetirmək vacib şərtdir. Tələblərə riayət etməklə hər kəs özünü və yaxınlarını bu təhlükədən xilas edə bilər".(Trend)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ