loading...

“Lokomotiv” Çempionlar Liqası yarışlarında ilk qələbəni qazandı

“Lokomotiv” Çempionlar Liqası yarışlarında ilk qələbəni qazandıBu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, II tur Azərbaycan klubları üçün əlamətdar olub.

Belə ki, Çempionlar Liqasının A qrupunda yer alan 2 Bakı klubu - “Lokomotiv”lə “Azərreyl” bir-birini sınağa çəkib. Qarşılaşmadan öncə Bülənt Karslıoğlunun yetirmələri bir qədər şanslı görünsələr də, görüş tam fərqli nəticə ilə yekunlaşıb. Azərbaycan derbisində “Lokomotiv” rəqibinə 1 xal belə güzəştə getməyib.

Oyun da elə onların hücumları ilə başlayıb. İlk hissədə rəqibinə çətin anlar yaşadan komanda 11 top fərqi ilə qalib gəlib. İkinci setdə isə gözlənilmədən matçın axarı dəyişib. Birinci texniki fasiləyə 2, ikinci texniki fasiləyə 8 top irəlidə çıxan “Lokomotiv” “Azərreyl”in hücumları qarşısında aciz qalıb və 21:25 hesabı ilə uduzub.

Lakin Fransua Salvaqininin yetirmələri ruhdan düşməyib. Yalnız legionerləri meydana buraxan “Lokomotiv” növbəti 2 hissədə də özünü yaxşı tərəfdən göstərərək, matçın hesabını müəyyənləşdiriblər – 3:1.

Bu “Lokomotiv”in rəsmi oyunlarda ilk qələbəsi olub. Lakin buna baxmayaraq, “Azərreyl” set fərqində hələlik rəqibini qabaqlayır.

Çempionlar Liqası
Qrup mərhələsi
II tur
11 oktyabr
A qrupu

“Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:14; 21:25; 25:21; 25:21)
Hakimlər: Mirko Yankoviç (Serbiya), Yuri Bakunoviç (Belarus)
Bakı, “Azərreyl” İdman BazasıБесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər