Ağdamda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər davam etdirilir
Tarix: 23-06-2020, 20:28
Baxılıb: 1 014
Google+ Paylaş
Tumblr Paylaş

Ağdamda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər davam etdirilir

23-06-2020, 20:28

Ağdam rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
Ağdam rayonu ərazisindəki idarə və müəssilərin inzibati binaları, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə kütləvi dezinseksiya işləri aparılır.
Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən kənd və qəsəbə ərazi dairəsi üzrə nümayəndəliklərinə, bələdiyyələrə aidiyyəti üzrə göstərişlər verilib.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Ağdam Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən fərdi yaşayış evlərinin və qeyri-yaşayış binalarında, digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi izah edilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ