Məşhur cərrah orqanizmi cavanlaşdırmağın ən yaxşı yolunu açıqladı
Tarix: 23-06-2020, 19:23
Baxılıb: 1 467
Google+ Paylaş
Tumblr Paylaş

Məşhur cərrah orqanizmi cavanlaşdırmağın ən yaxşı yolunu açıqladı

23-06-2020, 19:23

Rusiya Səhiyyə Nazirliyinin baş ürək cərrahı Leo Bokeriya bildirib ki, ömrü uzatmaq və insan orqanizmini yaxşılaşdırmağın ən yaxşı yolu iti addımlarla templi yeriməkdir.
Publika.az xəbər verir ki, gündə iki saat gəzənlər orta hesabla 7-8 il daha çox yaşayır. Mütəxəssis əmin edib ki, yerimək bədən tərbiyəsini bərpa etmək və onu tonusda saxlamaq üçün idealdır, xüsusilə idmanla məşğul olmayanlar üçün.
Bokeriya qeyd edib ki, özünü təcrid rejimindən sonra fiziki aktivliyi kəskin artırmağın heç bir faydası yoxdur. O, məşqə qayıtdıqdan sonra nəbzi izləməyi və 25%-i keçdiyi təqdirdə məşq etməməyi məsləhət görür.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ