Almaniyadan ŞAD XƏBƏR: payızda ikinci peyvəndin...
Tarix: 17-06-2020, 15:42
Baxılıb: 645
Google+ Paylaş
Tumblr Paylaş

Almaniyadan ŞAD XƏBƏR: payızda ikinci peyvəndin...

17-06-2020, 15:42

Mərkəzi Almaniyada yerləşən “CureVac” dərman şirkəti koronavirusa qarşı hazırlanan peyvəndi insanlar üzərində sınaqdan keçirməyə başlayır.
Publika.az xəbər verir ki, Almaniyada peyvəndlərin sertifikatlaşdırılmasını həyata keçirən Paul Erlix Universiteti şirkətin hazırladığı peyvəndin sınağı üçün icazə verib.
“CureVac” birinci mərhələdəki testin nəticələrini payız aylarında əldə etməyi planlaşdırır.
Məlumat üçün bildirək ki, peyvəndin özəlləşdirilməsi təhlükələrinə qarşı Almaniya dövləti şirkətin 23% hissələrini 300 milyon avro qarşılığında alıb.
Qeyd edək ki, Almaniya Federal Peyvənd İnstitutu daha əvvəl “BioNTech” biotexnologiya firması tərəfindən hazırlanan RNT peyvəndinin testi üçün icazə vermişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ