Xırdalanda ata 15 yaşlı qızını yatdığı yerdə ürəyindən bıçaqlayıb - TƏFƏRRÜAT
Tarix: 16-06-2020, 09:23
Baxılıb: 1 487
Google+ Paylaş
Tumblr Paylaş

Xırdalanda ata 15 yaşlı qızını yatdığı yerdə ürəyindən bıçaqlayıb - TƏFƏRRÜAT

16-06-2020, 09:23

Xırdalan şəhərində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirli bilinən Nəsib Cabbarovun cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı N.Cabbarov 15 yaşlı qızını əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı yerdə amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Nəsib Cabbarov ifadəsində bildirib ki, ailəsi ilə birlikdə Ağdam rayonunun Zəngişalı kəndində yaşayıb. N.Cabbarov bildirib ki, cəbhə bölgəsində ermənilər tərəfindən atılan qrat 400 metr yaxınlığına düşüb. Ondan sonra bərk qorxan Nəsib hər şeyə görə əsbləşməyə başlayıb. Narahatçılığı ilə əlaqədar qızları ilə birlikdə Abşeron rayonunda yaşayan bacısıgilə gəlib. Xırdalanda yaşadığı müddət ərzində qızları Sura və Ayğünə qarşı çox sərt olub. Onlara küçəyə çıxmağa və mobil telefon işlətməyə icazə verməyib.
İyulun 20-si gecə saat 2 radələrində evə olarkən yataq otağının pəncərəsindən bacısı Aidənin kürəkəni Rövşən Nərimanovun qardaşı Orucla Ayğünün əxlaqsız hərəkətlər etməsi və məhlənin adının batırması barədə danışıqlarını eşidib.

Bu məqsədlə qızını öldürəcəyini qət edib və səhər saatlarında qızlarının yatdğı yataq otağına daxil olub. Şkafdan bıçağı götürüb yatmış halda olan Ayğünə yaxınlaşaraq ürəyindən iki zərbə vurub.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik:



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ