"Venesiya" klubu komandanın futbolçularından birinin koronavirus infeksiyasına yoluxduğunu elan edib.
Publika.az xəbər verir ki,o, bu barədə klubun “Twitter”dəki səhifəsində paylaşım edib.
"Koronavirusla bağlı yoxlamanın oyunçuların, texniki heyətin və klub əməkdaşlarının iştirak etdiyi beşinci raundunda komandanın futbolçularından birində COVID-19 aşkarlanıb”, - klubun mətbuat xidmətinin sosial şəbəkədəki səhifəsində yayılmış xəbərində deyilir.
Virusa yoluxmuş oyunçunun adı açıqlanmır. Bildirilir ki, bütün komanda məşqləri dayandırıb və iki həftə davam edəcək karantinə getməyə məcbur edilib.