Patriot.az saytının 5 yaşı tamam oldu
Tarix: 15-06-2020, 21:20
Baxılıb: 506
Google+ Paylaş
Tumblr Paylaş

Patriot.az saytının 5 yaşı tamam oldu

15-06-2020, 21:20

Bu gün Azərbaycanın internet media məkanında uğurla fəaliyyət göstərənPatriot.az xəbər saytının 5 illik yubileyi qeyd olunur. Patriot.az internet xəbər portalı 2015-ci ildən fəaliyyət göstərən bu saytın yaradılmasında əsas məqsəd dünyada və ölkəmizdə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya müasir dizaynda tərtib olunan informasiya bloklarında fotoşəkil və videolarla təqdim etməkdir. Düzgün seçilmiş informasiya siyasəti nəticəsində bu gün "Patriot.az" xəbər saytı Azərbaycanın media məkanında öz layiqli yerini tutub və geniş oxucu kütləsinə malik xəbər portallarından birinə çevrilib.

Patriot.az saytı 24 saat ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. Patriot.az internet xəbər portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur.

Saytın gündəlik 16-20 mindən çox izləyicisi vardır. Həmçinin, Patriot.az xəbər saytı dövlət tədbirləri, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə gündəlik olaraq xəbərlər hazırlayır.
Beş yaşının tamam olması münasibətilə Patriot.az saytının kollektivini və oxucularını təbrik edirik!


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ