loading...

Bağdadda üç partlayış: 9 ölü, 15 yaralı

Bağdadda üç partlayış: 9 ölü, 15 yaralıİraqın paytaxtı Bağdadda bir-birinin ardınca baş verən üç partlayış nəticəsində 9 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxtdan 25 km aralıda törədilən ilk partlayış zamanı 5 polis əməkdaşı və 1 dinc sakin ölüb.

İkinci partlayış Bağdadın şimal-qərb hissəsində baş verib, 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Daha bir terror aktı şəhərin cənubunda törədilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

BMT-nin məlumatına görə, sentyabr ayında İraqda 717 insan zorakılığın qurbanı olub, 1 200 nəfər yaralanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər