TƏBİB günün son statistikasını AÇIQLADI
Tarix: 7-06-2020, 22:02
Baxılıb: 614
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB günün son statistikasını AÇIQLADI

7-06-2020, 22:02

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 7-nə olan statistik göstəriciləri açıqlayıb.
Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5013 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 339 876 test aparılıb. İndiyədək 88 nəfər COVID-19-dan dünyasını dəyişib, 4149 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3316 nəfərdir. 155 nəfər reanimasiyada, 20 nəfər süni tənəffüs cihazındadır.
Xatırladaq ki, bu gün Azərbaycanda 314 yoluxma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib, 125 pasiyent sağalıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ