loading...

ANS-in iddiası təmin olundu

ANS-in iddiası təmin olunduBakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı şikayəti əsasında məhkəmə prosesi obyektiv şəraitdə keçirilib

Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabr ayının 30-da keçirilmiş iclasında ANS Teleradio Şirkətinin efirində həftə ərzində bazar günü istisna olmaqla hər gün, bazar ertəsi-cümə günləri saat 07:00-dan – 10:00-dək, şənbə günü 08:00-dan 10:00-dək yayımlanan “Salam, Azərbaycan” proqramının yayımının 06 oktyabr 2015-ci il tarixindən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi. Bundan sonra, “ANS” Teleradio Şirkəti MTRŞ tərəfindən verilən qərarın qanunsuz hesab edilməsi barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Müraciətə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia təmin edilməyib.

Qeyd etmək lazımdır ki, əslində nə MTRŞ-nın “Salam, Azərbaycan” proqramının yayımını dayandırmaq barədə, nə də birinci instansiya məhkəməsinin ANS-in iddiasını təmin etməmək barədə qəbul etdikləri qərarların mahiyyətini və məntiqini anlamaq bir qədər çətindir. Məlum olduğu kimi, “Salam Azərbaycan!” maarifləndirici-informasiya kanalı əhalinin bütün təbəqələri, o cümlədən orta məktəb məzunları, tələbələr, orta və yaşlı nəsil üçün nəzərdə tutulub. Proqramda təqdim olunan sujet və rubrikalardakı mövzular tamaşaçıların maraq və problemlərini əks etdirir. Bu rubrikalara faydalı məsləhətlər, ailə vəkili, sosial şəbəkə, Top3 – həftə ərzində tamaşaçı tərəfindən bəyənilmiş 3 ən yaxşı süjet daxildir. Bundan əlavə, proqramda günün mövzusu təyin olunur ki, bu da, ictimai-siyasi mövzudan tutmuş sosial və mədəniyyət mövzularınadək hər bir sahəni əhatə edir. Şuranın bu proqrama qarşı hansı iradlar irəli sürdüyü və qərarını nə ilə əsaslandırması da sonadək aydın olmadı. Etiraf etmək lazımdır ki, ANS MYMŞ-nın baş direktoru Mir Şahin Ağayevin bu qərarın qəbul edilməsində qanunun aliliyindən çox, açıq-aşkar ayrıseçkilik və ANS-ə qarşı qərəzin rol oynadığına dair söylədiklərinə tamamilə haqq qazandırmaq olur. Eləcə də xüsusi olaraq vurğulanmalıdır ki, əgər söhbət milli-mənəvi dəyərlərdən gedirsə, məhz bu xüsusda ANS TV bir çox telekanallara örnək ola biləcək bir mövqeydədir. Nəzərdən qaçırmaq olmaz ki, bu gün, bir çox televiziyaların sutkanın 20 saatını müxtəlif şou proqramları, sənət və “yalançı sənət” adamlarının şəxsi həyatlarını, heç kimə lazım olmayan rüsvayçı qalmaqalları efirə gətirdikləri bir vaxtda, ANS TV sözün əsil mənasında günün nəbzini tutmağa, qlobal problemlərdən tutmuş, sadə bir vətəndaşımızın qayğılarına qədər istənilən mövzuda aktual və maraqlı süjetlər hazırlamağa, ən əsası da Azərbaycanımızın əsil həqiqətlərini bütün dünyaya çatdırmağa nail ola bilir. Bəs görəsən belə olan halda, ANS-in bu fəaliyyəti Milli Televiziya və Radio Şurasını hansı məqamlarda qane etmir? Bəlkə bu kimi qərarları verərkən, ən azından izləyicilərin də rəy və maraqları, bu və ya digər telekanalın fəaliyyətinə münasibət nəzərə alınsa daha yaxşı olar? Hər halda sevindirici haldır ki, Bakı Apellyasiya Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı şikayəti əsasında məhkəmə prosesi daha obyektiv şəraitdə keçirilib. Artıq xəbər verildiyi kimi, hakim Nurəddun Mustafayevin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin olunub. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Bununla belə, arzu edərdik ki, gələcəkdə ANS TV-nin fəaliyyəti bu kimi çəkişmələrlə gündəmə gəlməsin. Dəyərli həmkarlarımızı isə, hər halda ədalətin bu növbəti zəfəri münasibətilə təbrik edirik. Yeri gəlmişkən, ANS-çilərin özlərinin də müxtəlif ibarələrə öz leksikonlarında ara-sıra yer verdiklərini nəzərə alıb, biz də məhşur bir filmdən bir ifadəni onlara şamil etmək istərdik: “Sükanı belə saxlayın!”Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər