loading...

Bakının mərkəzində qoyulan qadağa götürüldü

Bakının mərkəzində qoyulan qadağa götürüldüYaxın gələcəkdə bu qadağanın leqallaşdırılması gündəmdədir

Bir neçə gün əvvəl Bakının mərkəzi küçələrində motosikletlərin hərəkətini məhdudlaşdıran yol-hərəkət nişanları quraşdırılmışdı. Lent.az-ın məlumatına görə, yol polisinin nəzarəti ilə quraşdırılan nişanların yığışdırılmasına başlanılıb və məhdudiyyət tamamilə aradan qaldırılıb.

Bildirilir ki, motosikletlərin hərəkətinin məhdudlaşdırılması qərarı bu nəqliyyat vasitələrinin motorlarının çıxardığı güclü səsə görə verilmişdi.

Qeyd edək ki, Azərbaycanda ümumi istifadədə olan yollarda motosikletlərin hərəkətinin məhdudlaşdırılması qanunla nəzərdə tutulmayıb. Lakin yaxın gələcəkdə bunun qanuniləşdirilməsi mümkündür.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər