loading...

Şamaxıda iğtişaş: camaat küçəyə çıxdı

Şamaxıda iğtişaş: camaat küçəyə çıxdıŞamaxıda parlament seçkisindən sonra keçirilən etiraz aksiyasının səbəbləri məlum olub. "Təzadlar"ın bölgədə olan əməkdaşının verdiyi xəbərdə bildirilir ki, onlar yekdilliklə Göylər kənd sakini Eliza İsmayılovaya səs versələr də əvvəlki deputat Elxan Süleymanov yenidən deputat seçilib. Bu isə sakinlərin etirazına səbəb olub.
Aksiya zamanı polis tərəfindən saxlanılanların olması ilə bağlı isə Şamaxı Rayon Polis İdarəsindən bildirdilər ki, cəmi bir nəfər saxlanılıb. Onun haqqında da inzibati qaydada protokol tərtib edilib və buraxılıblar.
Qeyd edək ki, Şamaxıda 1 noyabr parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb. Virtualaz.org-un verdiyi məlumata görə, seçkinin nəticələrindən narazı qalan bir qrup Şamaxı sakini etiraz aksiyasına çıxıb. Məlumata görə, rayon sakinlərinin etiraz aksiyası polis tərəfindən dağıdılıb. Aksiya dağıdılarkən polis tərəfindən sərt şəkildə güc tətbiq edilib. Bir neçə nəfərin saxlanılması barədə məlumatlar var. Bazar günü - noyabrın 1-də Azərbaycanda parlament seçkisi keçirilib. 85 saylı Şamaxı Seçki Dairəsindən bitərəf namizəd Elxan Süleymanov seçilib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun verdiyi açıqlamaya görə, Elxan Süleymanov 65,9% səslə bu dairənin deputatı olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər