Deputat: “Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsinin zamanı çatıb”
Tarix: 31-05-2020, 11:40
Baxılıb: 781
Google+ Paylaş
Tumblr Paylaş

Deputat: “Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsinin zamanı çatıb”

31-05-2020, 11:40

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin tənzimlənməsi haqda qərar qəbul edib. Saxta profillərin, yalan məlumatların qarşısının alınması, şərəf və ləyaqətin qorunması qanunda öz əksini tapıb.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Cavid Osmanov deyib.
O, əlavə edib ki, Trampın məlum qərarı bütün ölkələr tərəfindən müsbət qarşılanıb: “Hesab edirəm ki, bizdə də belə qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu, təhlükəsizliyimizə tam uyğundur. Belə bir qanunun qəbulu saxta profillərin, dövlətçiliyimizə və müstəqilliyimizə qarşı təxribat halların qarşısını almağa səbəb olardı”.
Deputat təklif edib ki, Milli Məclis gələcəkdə belə qanunun qəbul olunmasına töhfə verisin.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ