loading...

Hələ qış deyil, amma dəm qazı artıq kabusa çevrilib

Hələ qış deyil, amma dəm qazı artıq kabusa çevrilibHər il noyabrın ikinci yarısından dəm qazı ilə zəhərlənmə “mövsümü “ başlayır. Hələlik isə xəstəxanaya gətirilənlərin sayı azdır.

Bunu virtualaz.org saytına Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov bildirib.

A.Maqsudovun sözlərinə görə, xəstəxanaya indiyə qədər 5 zərərçəkən gətirilib: “Onların vəziyyəti normaldır. Amma havalar hələlik kəskin soyumayıb. Noyabrın ortalarından dəm qazı zəhərlənmələri ilə bağlı müraciətlər artacaq. Çünki neçə illərdir aparılan təbliğatlara baxmayaraq əhali qazla hələ də ehtiyatlı davranmır”.

Qeyd edək ki, ötən həftə Binəqədi rayonunda iki nəfər dəm qazı zəhərlənməsindən dünyasını dəyişmişdi. Oktyabrın 29-da isə Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Onu da xatırladaq ki, ötən ilin noyabrında 15 nəfər dəm qazından zəhərlənmişdi. Dəm qazı zəhərlənmələrindən dünyasını dəyişənlərin sayı isə 10-u ötüb. Müşahidələr göstərir ki, dəm qazından zəhərlənənlərin əksəriyyəti qadınlardır.

Xatırladaq ki, dəm qazından zəhərlənmələr təhlükəsizlik qaydalarına riayət edilməməsındən baş verir. Dəm qazından zəhərlənmə zamanı zəiflik, ürəkbulanma, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallüsunasiyaları başlayır. Qıcolma tutmaları, nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər