Şantajçı hacının vergidən yayındırdığı maliyyə resursları əcəba PKK-ya yönəldilmir ki? – GƏLİŞMƏ
Tarix: 30-05-2020, 11:10
Baxılıb: 1 403
Google+ Paylaş
Tumblr Paylaş

Şantajçı hacının vergidən yayındırdığı maliyyə resursları əcəba PKK-ya yönəldilmir ki? – GƏLİŞMƏ

30-05-2020, 11:10

Bütün müşahidələrimiz, apardığımız araşdırmalar, aidiyyati qurumlarla məktublaşmalarımızdan çıxardığımız nəticələr belə yəqin hasil etməyimizə əsas verdi ki, Beyləqanlı iş adamı Hacı İlqar İmamverdi oğlu Məmmədov heç də vicdanlı vergi ödəyicisi deyilmiş və “RealMedia.az-ın tribunasını 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilova və müavini Arif  Nağıyevə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırmış. Hacının sahiblik etdiyi yanacaq doldurma məntəqələrində, ələlxüsus da “Amil” YDM-də vergidən yayınma halları daha çoxdur.
Öyrənmişik ki, Hacı İlqarın başqa vergi ödəyiciləri ilə müqayisədə diribaşlıq nümayiş etdirməsi, özünü digərlərinə nisbətən daha imtiyazlı sanması, ən nəhayət, “qara məni basınca qoy qaranı mən basım” prinsipi ilə hərəkət etməsi heç də səbəbsiz deyilmiş. Söz gəzir ki, İlqar Məmmədov milliyyətcə kürddür. Olsun, Azərbaycan onun vətəndaşı olan bütün millətlərin nümayəndələrinin Ana Vətənidir. Dini, milli, etnik, irqi mənsubiyyətinə görə bizim ölkədə heç kimə fərq qoyulmur, tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızın elit təbəqəsində təmsil olunan,yüksək dairələrdə qərar tutan, hətta general rütbəsi daşıyan kürd qardaşlarımız vardır ki, Vətəni azəri türklərindən az sevmirlər. O da bəllidir ki, həmin yüksək mənsəbli şəxslərin qohumları kimi təqdim olunan bəziləri cəmiyyətdə layiq olmadıqları üstün imtiyazları qazanmaq və bundan şəxsi mənafeləri naminə sui-istifadə etməyə çalışırlar.
Ancaq digər yandan, bu da bir həqiqətdir ki, zaman-zaman Azərbaycandan qardaş Türkiyədə siyasi nizamı pozmaq istəyən separatçı PKK qruplaşmasına maliyyə dəstəyi verən ünsürlər barəsində də məlumatlar yayılıb. Kim zəmanət verə bilər ki, Hacı İlqarın dövlətdən gizlətdiyi gəlirləri hansısa bir çirkin məqsədlərə yönəldilmir. Hesab edirik ki, bu məsələdə dövlət və aidiyyəti qurmlar şəffaflığa nail olmaq üçün daha ciddi araşdırmalar aparılmalıdır.
Mövzuya qayıdacağıq.
RealMedia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ