TƏBİB-in sərt qadağası gəlir: küçəyə çıxmaq olmaz
Tarix: 30-05-2020, 01:51
Baxılıb: 2 571
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB-in sərt qadağası gəlir: küçəyə çıxmaq olmaz

30-05-2020, 01:51

“Bütün ölkə ərazisində sərt karantin rejiminin bərpası gündəm mövzusu deyil”. Bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: “Ayrı-ayrı bölgələrdə sərt karantin rejimi tətbiq oluna bilər. Eyni zamanda, bayram günlərində küçəyə çıxma qadağası tətbiq oluna bilər. Bu isə yoluxma halları 200-dən artıq olduğu halda tətbiq ediləcək”. Bildirək ki, bu gün eyni statistika qeydə alındı.
Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 103 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3125 nəfər müalicə olunaraq sağalmış, 58 nəfər vəfat etmiş, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılmışdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ