Rusiya koronavirus xəstələrini bu üsulla sağaldacaq - 5-6 gün...
Tarix: 24-05-2020, 13:49
Baxılıb: 797
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya koronavirus xəstələrini bu üsulla sağaldacaq - 5-6 gün...

24-05-2020, 13:49

Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsində "Favipiravir"in rolundan danışıb.
Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş uroloqu Dmitri Puşkar RİA "Novosti"yə açıqlamasında bildirib ki, koronavirus xəstələrinin "Favipiravir" ilə müalicəsi orta hesabla bir həftə çəkəcək.
O qeyd edib ki, artıq müalicə rejimi hazırlanıb:
"Müalicə bir həftədən çox olmayacaq. Bu dərmanın fərqli heyvan modelləri üzərində aparılan klinik araşdırmaları göstərib ki, virus 5-6 günə məhv olur".
Bundan əvvəl bildirilmişdi ki, "Favipiravir"in klinik sınağının 4-8 həftə ərzində başa çatdırılması planlaşdırılır.
Aytən Novruz





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ