loading...

Putinin “kasıb” italyan arxitektoru

Putinin “kasıb” italyan arxitektoru56 yaşlı Lanfranco Cirillo “Putinin arxitektoru” ləqəbini Rusiya prezidenti üçün tikildiyi güman olunan nəhəng sarayı layihələndirdikdən sonra alıb. Bu yaxınlarda o, Putinin sərəncamı ilə Rusiya vətəndaşlığı da alıb.

Dəbdəbəli saray Qara dəniz sahilindəki Gələncik şəhərində çox məxfi şəkildə tikilib. Rusiya müxalifəti bu dəbdəbəli sarayı dövlət səviyyəsində korrupsiyanın simvolu adlandırır.

Putinin gizli sarayı

Bu saraya qədər Cirillonu Rusiyada hətta arxitektorlar arasında belə tanıyan yox idi.

Özünün dediyinə görə, 90-cı illərin əvvəllərində o, adını çəkmədiyi bir nəfər vasitəsilə “LUKoil” prezidenti Vahid Ələkbərovla tanış olub. Həm Ələkbərovun özünün, həm də müavinlərinin şəxsi evlərinin layihələrini tərtib edib. 1995-ci ildə Arbatda özünün şəxsi arxitektura bürosunu açıb.

Cirillonun dediyinə görə, indiyədək 43 rusiyalı milyarderin evini layihələndirib. Bu layihələrin arasında çox bayağı olanlar da olub. Məsələn, neft şirkətinin meneceri işləyən bir qadın qonaqları ilə söhbət edə-edə üzə bilməsi üçün qonaq otağından şəffaf şüşələrlə ayrılan hovuz sifariş edibmiş.

İş adamı Sergey Kolesnikov 2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedyevə açıq məktubunda Gələncikdə tikilən nəhəng saray barədə məlumat verməsəydi, geniş ictimaiyyət Cirillonu heç tanımayacaqdı da.

Həmin məktubda bildirilirdi ki, Putinin dostları Nikolay Şamalov və Dmitri Qorelovun nəzarət etdikləri, Belizdə qeydiyyatdan keçmiş “Lanaval” firması vasitəsilə milyonlarla dollar vəsait qanunsuz xaricə çıxarılıb.

Lanfranco Cirillo adlı şəxsə məxsus “Medea İnvestment” şirkətinə isə azı 48 milyon köçürülüb. “Reuters” agentliyinin araşdırması nəticəsində bəlli olub ki, bu pullar Putinin sarayına materiallar almaq üçün xərclənib.

S.Kolesnikov “Azadlıq” radiosuna ötən ilki müsahibəsində bildirmişdi ki, vaxtilə biznesmen Aleksandr Ponomarenkonun almış olduğu Gələncik sarayı indi bir Kipr şirkətinə məxsusdur. Bu şirkət isə öz növbəsində Vircin adalarında qeydiyyatdan keçmiş başqa bir offşor kompaniyaya məxsusdur.

“Ona görə də sarayın həqiqi sahibinin kim olduğunu heç kəs bilmir” - deyə Kolesnikov bildirmişdi.

İctimai fəal Aleksey Navalnı L.Cirillonun özünün də Gələncikdə villasının olduğunu üzə çıxarıb. Onun villa qonşusu isə sənədlərdə adı “Putin sarayı”nın əsas sifarişçisi kimi hallanan Federal Təhlükəsizlik Xidmətinin keçmiş yüksək rütbəli əməkdaşı Oleq Kuznetsovun xanımıdır.

Bir müddət əvvəl Qərb və Rusiya mediasında Cirillo, Kuznetsov, Qorelov (Amerikada onu “Rusiyanın yüksək rütbəli dövlət məmurlarının şəxsi bankiri” adlandırırlar) və Şamalovun (Avropa İttifaqının sanksiyasına tuş gəlmiş “Ozero” kooperativinin həmtəsisçisi, digər təsisçisi isə Putindir) danışıqlarının stenoqramı yayılmışdı.

Söhbətin bir yerində Cirillo çirkli pulların Amerikaya köçürülməsində problem yaranıb-yaranmayacağını soruşur. “Çirkli pul” dedikdə konkret hansı vəsaitin nəzərdə tutulduğu söhbətdən anlaşılmır.

Cirillonun növbəti hədəfi Dövlət Dumasının yeni nəhəng binasını layihələndirməkdir

Cirillonun Venesiyada təhsil aldığı universitetin diplomu Rusiyada tanınmadığından onun layihələrinə formal olaraq başqa imza qoyulur. Özü isə “BİA” imzasını qoyur. Dediyinə görə, bu, “kasıb italyan arxitektoru” anlamına gəlir. Hərçənd o, heç də kasıb sayıla bilməz. Ona məxsus “Stroyqazkomplekt” firmasının azı 200 işçisi, 600 subpodratçısı və arxitektoru var. Ofisi isə düz Kremlin yanındadır.

Cirillonun növbəti hədəfi Dövlət Dumasının yeni nəhəng binasını layihələndirməkdir. 1,5 milyard dollar məbləğində qiymətləndirilən bu layihə üzrə tender bu ilin iyuluna planlaşdırılmışdı. Lakin şəffaflığın olmaması ilə bağlı tənqidlərdən sonra tender ilin sonuna keçirildi.

Özü deyir ki, tender barədə guya mediadan eşidib. Bundan sonra tenderdə iştirak üçün Kremlə məktub yazıb. Yazan kimi də onu dəvət ediblər.

“Fioravanti Kremli, Rastrelli Qış sarayını tikib. Əlbəttə, mən italyan mədəni təsirini davam etdirmək istərdim” - deyən Cirillo şirin-şirin xəyal edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər