Milli Məclis bu qanunlara görə toplanır
Tarix: 19-05-2020, 09:23
Baxılıb: 500
Google+ Paylaş
Tumblr Paylaş

Milli Məclis bu qanunlara görə toplanır

19-05-2020, 09:23

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Publika.az xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxildir.
İclasın əvvəlində İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Daha sonra Miqrasiya Məcəlləsinə, Cinayət-Prossesual Məcəlləsinə, Vergi Məcəlləsinə, "Turizm haqqında", "İcra məmurları", "Polis haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Dövlət qulluğu haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Psixiatriya yardımı haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ