Ağdam və Bərdə polisi karantin rejiminə belə nəzarət edir-FOTO
Tarix: 16-05-2020, 10:09
Baxılıb: 1 518
Google+ Paylaş
Tumblr Paylaş

Ağdam və Bərdə polisi karantin rejiminə belə nəzarət edir-FOTO

16-05-2020, 10:09

Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 

Regionlarda karantin rejiminin yumşaldılmasına baxmayaraq polis əməkdaşları öz xidmətlərini davam edirlər.  Ağdam və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları da Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi nəzarət edir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Ağdam və Bərdə  rayonları ərazisində karantin qaydalarının pozulmasının qarşısı alınır,. vətəndaşlarla mütəmadi profilaktik söhbətlər aparırlar.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların , obyektlərin ,market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
Tibbi maskası  olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar,içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur

Polislər vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.

Bundan başqa  Ağdam və Bərdə  Rayon Polis Şöbəsinin əməkdaşları küçəyə maskasız çıxan vətəndaşlara tibbi  maska paylayırlar.

Polis əməkdaşları vətəndaşların nəzərinə çatdırır ki , hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır.
Əməkdaşlarımız hər iki rayonda polisin fəaliyyəti ilə bağlı əhali arasında sorğu keçiriblər. Sakinlər polisin fəaliyyətindən məmnuqluqlarını , razılıqlarını bildiriblər.Vətəndaşların dediyinə görə polis daima onların keşiyində durur və onların yanındadır.

Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
 BÖLGƏ TV



























 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ