1000 ildən bir baş verən mistika
Tarix: 16-05-2020, 08:41
Baxılıb: 1 227
Google+ Paylaş
Tumblr Paylaş

1000 ildən bir baş verən mistika

16-05-2020, 08:41

Səbuhi Rəhimli: “Rəqəmin hesablamaq, ölçməkdən başqa heç bir funksiyası yoxdur”

2020-ci il təqviminin mistik olmasına dair çoxlu sayda iddialar var. Xüsusən də 02.02.2020-ci təqvimin unikal qüvvələrin birləşməsi olduğuna inananlar var. Məlum məsələdir ki, bu cür tarix min ildən bir təkrarlanır.
Bəzi münəccimlər bildirir ki, bu tarixdən etibarən hər bir qadının həyatının yaxşılığa doğru dəyişmək imkanı var. Belə ki, qeyd olunan qadın enerjisinin yeni dövrüdür. Bir minillik boyu dünyada kişi enerjisi hökm sürüb.  İndi isə hər şey dəyişir. Dünya yenidən qadın yolunun izi ilə gedir.
2020-ci il ilə bağlı digər maraqlı faktlardan biri də budur ki, bu il dünyada hamı eyni rəqəm altındadır. Belə ki, kim öz doğum tarixi ilə birgə yaşını toplasa, nəticə eyni alınır. Bəs bunun səbəbi və mistikası nədir?
İlk öncə onu qeyd edək ki, təqvim rəqəmlərinin hesablanması numerologiya adlanır. Numerologiya rəqəmlərin təkcə riyazi deyil, eyni zamanda magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsidir. Hazırda numerologiyaya mistik sahə kimi baxılır.
Qədim əlifbalarda (yəhudi əlifbası) hərflərin ədədi mənası olub. İbtidai qəbilələr bu dili başa düşərək, ədədlərin dilində bir-biri ilə əlaqə saxlayıblar. Banisi qədim yunan filosofu Pifaqor olan bu elmin açarı “Pifaqor kvadratı” sayılır. Bu kvadrat hər hansı bir şəxsin doğum tarixinin üzərində hesablamalar aparmaqla, onun xarakteri, sağlamlıq və taleyi, gündəlik proqnozları barədə məlumat əldə etmək üçün qurulub. Pifaqor, onun şagirdləri və davamçıları rəqəmlərin sayını azaldaraq, 1-9 arasında saxlayıb. Bu isə həmin rəqəmlərin başlanğıc hesab edilməsi ilə bağlı olub. Digər rəqəmləri isə onlardan düzəltmək mümkündür.
Beləliklə, bu il “Pifaqor kvadratı” ilə əksəriyyət insanların doğum tarixi və yaşlarını hesabladıqda, həqiqətən nəticə eyni olur. Məsələn, doğum tarixi 20.12.1984-cü ili götürək. İlk olaraq hesablama tarixinin təşkil etdiyi bütün rəqəmləri toplayaq (Qeyd: 0 nəzərə alınmır).
2+1+2+1+9+8+4=27
1-ci şifrənin hesablanması: 2+7=9
Şəxs 1984-cü il təvəllüdlüdürsə demək ki, yaşı 36-dır.
Beləliklə 2-ci şifrənin hesablanması: 3+6=9
Göründüyü kimi hər iki şifrənin nəticəsi eynidir.
Və yaxud 03.09.2012-ci il doğum tarixini götürək.
3+9+2+1+2=17
1-ci ifrənin hesablanması: 1+7=8
Hesablamaya əsasən 2012-ci il təvəllüdlü şəxsin bu il 8 yaşı olur. Beləliklə burada da nəticələr eynidir.
Qeyd edək ki, bəzi numeroloqlar doğum tarixi üzərində hesablamalara apararaq, şəxsin dəqiq ölüm tarixini tapa bildiyini iddia edirlər. Bəs rəqəmlərin fiziki və energetik gücə malik olması nə dərəcədə doğrudur?
Səbuhi Rəhimli: “Siçan ilində çoxlu sayda hərbi münaqişələr baş ...
Tanınmış astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı “Yeni Musavat”a danışdı: “Şəxsən mən mistikanı qəbul etmirəm. Rəqəmlərin də hansısa fiziki və ya energetik gücə malik olduğunu rədd edirəm. Rəqəm nəyisə hesablamaq, ölçmək, çəkmək üçündür. Başqa heç bir funksiyası yoxdur. Ədədlərin təsir mexanizmi yoxdur, sadəcə, hər şey insanların ona münasibətindən irəli gəlir. Məsələn, oturduğumuz masaya ya 13 yazdıq, ya 22 - nə fərq edər ki? Bildiyiniz kimi ölkəmizdə 666 nişanlı kifayət qədər avtomobil var. Qeyri-adi nəsə olurmu? Hər il müxtəlif ayların təqvim fərqliliyini ortaya atıb sensasiya düzəltmək istəyənlər də var. Məsələn, deyirlər son min ildə filan ayda 5 dəfə cümə olmayıb, bu dəfə olacaq və dünya ”filan" olacaq. Amma mənasız olub gedir. Bu cəfəngiyatı ortaya atan adamlar müqavimət görmədiyi üçün növbəti il, növbəti ay başqa bir “rəqəm möcüzəsi” tapırlar. Toxunduğunuz mövzunu da eyni qəbildən olan hal kimi dəyərləndirirəm".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ