loading...

"AMAY" Abdullanın apellyasiya şikayətinə baxılır

"AMAY" Abdullanın apellyasiya şikayətinə baxılırBu gün Bakı Apellyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzin rəhbəri Abdulla Abdullayev və Elşən Novruzovun şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Abdulla Abdulayevin vəkili Osman Kazımov 2 vəsatət qaldırıb. Məhkəmədə vəsatətlər təmin edilməyib.

Məhkəmə baxışı noyabrın 13-ə təyin edilib.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 sentyabr 2015-ci il tarixli hökmü ilə A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlərə isə şərti azadlıqdan məhrum etmə cəzası verilib. Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu və Qurbanov Vidadi Qəmbər oğlu 9 il müddətinə, Nadajde İlyasovnaya isə 8 il müddətinə şərti azadlıqdan məhrum edilib.
Abdulla Abdullayev və Elşən Novruzova verilən hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


Paylaş:   

Oxşar olan digər xəbərlər