Avropada koronavirusun yeni dalğası proqnozlaşdırılır
Tarix: 15-05-2020, 06:30
Baxılıb: 437
Google+ Paylaş
Tumblr Paylaş

Avropada koronavirusun yeni dalğası proqnozlaşdırılır

15-05-2020, 06:30

Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir.
AZƏRTAC xəbər verir ki, bu proqnozla “Daily Telegraph” nəşrinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış edib.
ÜST-ün nümayəndəsi qeyd edib ki, hazırda bayram etmək deyil, hazırlıq görmək zamanıdır. O, həmçinin diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlayıblar. Hans Klyuqenin fikrincə, məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər. Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ