Ekspert xəbərdarlıq etdi: "Qapıda ödəyin, yoxsa..."
Tarix: 13-05-2020, 07:32
Baxılıb: 715
Google+ Paylaş
Tumblr Paylaş

Ekspert xəbərdarlıq etdi: "Qapıda ödəyin, yoxsa..."

13-05-2020, 07:32

"İnternet üzərindən alış-veriş edən zaman plastik kartlardan istifadə etmək ciddi risk yaradır".
Publika.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə banklar üzrə ekspert Pavel Myasoedov məlumat verib.
O bildirib ki, alınan mallar kuryer tərəfindən ünvana çatdırıldıqdan və yoxlandıqdan sonra qapıda ödəniş etmək lazımdır. Əgər kuryer vasitəsilə çatdırılma mümkün deyilsə əmək haqqı və hesabında daimi pul olmayan kartlardan istifadə edin. Əks halda fırıldaqçılar kartda olan pulunuzu oğurlayacaqlar:
"Bunun qarşısını almaq üçün kompüterinizə və ya mobil telefonunuza mütəmadi olaraq yenilənməsi mümkün olan antivirus yükləyin. Şübhəli sayta keçid edən zaman antivirus xəbərdarlıq edəcək və girişi əngəlləyəcək. Məhsulları satın almadan öncə satıcı haqqında, məhsulun keyfiyyəti və çatdırılma müddəti ilə bağlı xoşagəlməz şərhləri araşdırın. Əgər ətraflı məlumat tapa bilmirsinizsə ondan vaz keçin. Məhsulunu almayın".​


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ