Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü
Tarix: 12-05-2020, 17:23
Baxılıb: 596
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda 24 yaşlı qız 3-cü plastik əməliyyatda öldü

12-05-2020, 17:23

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.
Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ